SIĞORTA

25 İyun

Azərbaycanın sığorta bazarı ARTIB

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 355,9 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 136,8 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 45,9% çoxdur.