SIĞORTA

23 İyun

Türkiyədə turistlər üçün COVID-19 sığortası qüvvəyə minəcək

Türkiyədə iyulun 1-dən turistlər üçün xüsusi COVID-19 sığortası qüvvəyə minəcək.

Fins.az xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.

Nazir bildirib ki, yeni sığorta paketləri internetlə satılacaq.

Sığorta paketlərinin qiymətləri 2 min avro ilə 7 min avro arasındadır.

Onun sözlərinə görə, çox ucuz sığorta paketləri də almaq mümkündür (13 avro-15 avro)