Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və Azərbaycanda virusun qarşısının alınması istiqamətində Respublika Prezidentinin tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.
Korporativ Sosial Məsuliyyət siyasəti ilə seçilən “Günay Sığorta” pandemiya dövründə əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə "Ailənizin sağlamlığı sizin sığortanızdır!" adlı sosial layihə həyata keçirtdi. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində vətəndaşlara dezinfeksiyaedici məhlul, qoruyucu maska, salfet və maarifləndirici materiallar paylanıldı.
Şirkət Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürtdü. Ölkəmizdə bu xəstəliyə yoluxma hallarının qarşısının alınması və vətəndaşlar arasında məsafə saxlanılması məqsədi ilə saytında onlayn sığorta xidmətləri təqdim etdi.
Yaşlı nəsilə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq, koronavirus epidemiyasına görə Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi səbəbindən evlərində qalan 65 yaşdan yuxarı insanları, yataq xəstələrini, karantin rejimində işləmədiyi üçün sosial durumu çətinləşənləri, çoxuşaqlı kasıb ailələri, ailə başçısını itirmiş qadınları əhatə edən sosial layihə həyata keçirtdi. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində yaşayan ümumilikdə 100 imkansız ailəyə, bir aylıq ərzaq yardımı təqdim edildi.
“Günay Sığorta” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Masallı rayonunda yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumat tabloları yerləşdirilmiş uşaq meydançası balaca sakinlərin istifadəsinə verdi və uşaqlara müxtəlif hədiyyələr paylanıldı.
Korporativ Sosial Məsuliyyət siyasəti “Günay Sığorta” üçün prioritet təşkil edən sahələrdən biridir və əhaliyə dəstək məqsədilə davamlı olaraq sosial layihələr icra ediləcəkdir.