SIĞORTA

11 İyun

Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası 10% azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 26 225,9 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 20 989,4 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 10,2% azalıb, ödənişlər isə 6,4% artıb.

Bu müddətdə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 14 008,8 min manat yığım, 4 276,9 min manat həcmində ödəniş həyata keçirilib. Bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 55,7% və 22,6% artım deməkdir.

Xatırladaq ki, hesabat dövründə bütün sığorta növləri üzrə cəmi yığımlar illik 17,4% artaraq 311 337 min manat, ödənişlər isə 58,4% artaraq 105 564,7 min manat təşkil edib.