SIĞORTA

02 İyun

Ekspert Nigar Arpadarainin sığorta ilə bağlı təklifini ŞƏRH ETDİ

Bir müddət əvvəl mətbuatda millət vəkili Nigar Arpadarainin həyat sığortasının tətbiqi üçün Azərbaycan Mərkəzi Bankına (AMB) və TƏBİB-ə müraciət etməsi haqqında məlumat dərc olunmuşdu.

Bu məsələni Fins.az-a sığorta üzrə ekspert İlkin İbrahimov şərh edib.

O bildirib ki, ölkəmizdə peşə xəstəlikləri və istehsalatda baş verən bədbəxt hadisələrin icbari sığortası adlı məhsul 2011-ci ildən qüvvədədir:

“Bu məhsul qanunla məcburi xarakter daşıyır və sığorta haqqı işəgötürən tərəfdən ödənilir. Yəni bütün əmək müqaviləsi olan işçilər üçün bu sığorta növü olmalıdır. Olmadığı təqdirdə Dövlət Əmək müfəttişliyi bununla bağlı işəgötürən sahibkara cərimə tətbiq edə bilər. Bu da o deməkdir ki, həkimlər də bu sığorta növündən dövlət tərəfindən və ya özəl müəssisələrdə sahibkar tərəfindən ödənilməklə sığorta olunublar. Onlar iş vaxtı ərzində baş verən hadisəyə görə qanunda nəzərdə tutulan hallarda sığorta ödənişi ala bilərlər. Əlavə olaraq bildirmək istərdim ki, bu növ sığorta hazırda demək olar ki, əmək müqaviləsi olanların əksəriyyətində var, amma bunun mahiyyətini bilmədiklərindən sığorta hadisəsi zamanı belə müəyyən problemlərə rast gəlinir”.

Tuncay Türbəndəzadə