SIĞORTA

02 İyun

Qoşqar Həsənov: Əhalinin gəlirlərinin aşağı düşməsi bu məhsullardan faydalanmağa imkan vermədi

“Qlobal iqtisadiyyata öz təsirini göstərdiyi sahələrdən biri də sığorta bazarıdır”

Bunu Fins.az-a  “AtaSığorta”nın İdarə Heyəti sədrinin birinci müavini Qoşqar Həsənov deyib.

O, bildirib ki, pandemiyanın ölkə iqtisadiyyatına, o cümlədən maliyyə bazarlarına mənfi təsirləri qaçılmazdır

Belə bir vəziyyətdə qazanc barəsində danışmaq ürəkaçan olmayacaq. Bir neçə ay davam edən bu hal sığorta şirkətlərinin satışlarına ciddi təsirini göstərdi. Satışların azalması buna əyani sübutdur. Bəzi sığorta şirkətləri bazara yeni məhsullar təqdim etsə də, əhalinin gəlirlərinin aşağı düşməsi bu məhsullardan faydalanmağa imkan vermədi. Eyni zamanda, dünya sığorta bazarına və ekspertlərin analizlərinə nəzər salsaq görərik ki, COVID-19 epidemiyası icbari sığorta məhsullarına nisbətən daha çox könüllü sığorta məhsulları bazarına mənfi təsir edib» deyə Qoşqar Həsənov bildirib.

Tuncay Türbəndəzadə