SIĞORTA

01 İyun

“Atəşgah Sığorta” şirkətindən uşaqlar günü ilə bağlı AKSİYA

Fins.az xəbər verir ki, uşaqların Beynəlxalq Müdafiəsi gününə özəl, sabahdan etibarən uşaqlar üçün ödənişsiz və tam anonim psixoloq məsləhəti aksiyasını təqdim edir. Təklifdən “Atəşgah Sığorta” müştərilərinin övladları yararlana bilər.

Telefonla psixoloq məsləhəti çərçivəsində aşağıdakı xidmətlərdən yararlanmaq mümkün olacaq:

·Uşaqların psixoloji durumunun qiymətləndirilməsi,

·Uşaqların sağlam psixoloji inkişafı üçün məsləhətlərin verilməsi,

·Uşaqların valideynlərinin bu sahədə istiqamətləndirilməsi.

Psixoloq məsləhəti aksiyası 16 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Aksiya 01-03 iyun tarixləri arasında, 12:00-dan 16:00-dək qüvvədə olacaq.

012 404 98 58 nömrəsinə həm mobil, həm də şəhər nömrələrindən zəng edərək aksiya müddətində xidmətdən pulsuz yararlanmaq mümkündür.