Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 311 milyon 337 min manat həcmində sığorta haqqı yığılıb.
Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, hesabat dövründə şirkətlər tərəfindən 105 milyon 565 min manat həcmində ödəniş həyata keçirilib.
Hesabat əsasən, sığorta yığımları örtən ilin eyni dövrü ilə müqayisədə 17,4% artıb, ödənişlərdə isə 58% artım qeydə alınıb.