SIĞORTA

28 May

Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib

Azərbaycanda aqrar sığorta haqlarının yığılması ilə məşğul olacaq ayrıca sığorta şirkətinin - idarəedici qurumun yaradılmasına başlanılıb. Hazırda Mərkəzi Banka lisenziyanın alınması üçün müraciət edilib.

Koronavirus pandemiyasına görə müəyyən ləngimələr oldu: "İdarəedici şirkət formalaşdıqdan sonra aqrar məhsulların sığortalanması prosesinə başlanılması gözlənilir. Bu istiqamətdə bütün məsələlər plan üzrə aparılır. Bu ilin ikinci yarısında istehlakçılara sığorta xidmətlərin təqdim edilməsi gözlənilir”.

Mənbə qeyd edib ki, idarəedici şirkətdə təmsil olunacaq sığorta şirkətləri bərabər paylara sahib olacaq: “Səs çoxluğu, pay çoxluğu olmayacaq”.

Xatırladaq ki, yığımla məşğul olacaq yeni şirkətin nizamnamə kapitalının 2-4 milyon manat arasında olması nəzərdə tutulub. Report