SIĞORTA

28 May

Standard sığorta şirkətinin müştərilərinin NƏZƏRİNƏ

“Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bağlanan “Standard İnsurance” sığorta şirkətinin müştəriləri yaranan bütün mübahisələrlə bağlı İcbari Sığorta Bürosuna (İSB) müraciət edə bilərlər”.

Fins.az-ın məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "İqtisadiyyat xəbərləri" verilişində İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq, Büroya üzv sığorta şirkətləri topladığı sığorta haqlarının 5%-ni İSB-yə təqvim haqqı olaraq ödəyirlər: “Toplanan vəsaitlər isə bu dövrdə baş verən hadisələr zamanı sığorta haqlarının ödənilməsinə yönəldilir”.

Məlumata görə, hazırda müxtəlif sığorta sahələri üzrə İcbari Sığorta Bürosuna 15 sığorta şirkəti üzv olub.