“Hər hansı bir institutun bağlanması maliyyə bazarına olan inamı sarsıdır”.
Fins.az xəbər verir ki, bunu sığorta eksperti Xəyal Məmmədxanlı deyib.
O, “Standard Sığorta” şirkətinin bağlanmasını doğru hesab etmədiyini qeyd edib.
“Belə bir dövrdə sığorta sektorunda radikal addım atılmasını doğru hesab etmirəm. Pandemiya dövründə 4 bankın və 1 sığorta şirkətinin bağlanması ciddi maliyyə nəticələri verə bilər və ən az min işçinin işsiz qalması deməkdir”.
Tuncay Türbəndəzadə