SIĞORTA

21 May

"BakuBus" sığortaçı seçir

Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC avtobus və minik avtomobillərinin könüllü (KASKO) sığortası üçün kotirovka sorğusu elan edib. 

Fins.az  xəbər verir ki, sorğuda iştirak haqqı 500 manatdır.

İddiaçılar kotirovka təkliflərini mayın 21-nə qədər şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, 1 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Ramiq Zeynalovdur (Telefon: (012) 404-11-10).

Təkliflərə mayın 22-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.