“Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlardakı artım hələ ötən ildən bu istiqamətdə əsaslı şəkildə aparılan təbliğat işinin uğurlu nəticəsidir”
Fins.az xəbər verir ki, bunu “Standard Insurance" Sığorta Şirkətinin Koparativ satış və Tenderlərlə iş Departamentinin Direktoru Anar Xələfov daşınmaz əmlakın icbari sığortası barədə ARB24 kanalında deyib.
Onun sözlərinə görə, daşınmaz əmlakın sığortalanması üçün o əmlakın tələblərə cavab verməsi lazımdır.
Anar Xələfov bildirib ki, daşınar və daşınmaz əmlak sığortası növlərinin inkişafı üçün bu istiqamətdə mikro sığorta növlərinin hazırlanıb bazara çıxarılması dünya təcrübəsinə tətbiq olunur.
Daha ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz: