Ölkədə icbari sığortanın genişlənməsi üçün addımlar atılacaq.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sığorta sahəsində uzun müddətdir problemlər var. Sığorta sektoru çox zəif inkişaf edib, əhalinin və biznesin risklərini əhatə edə bilmir. Ona görə də dövrü olaraq problemlər yaşanır. Sığorta sektorunun dövlət mülkiyyəti, biznes və əhalinin əhatə olunması istiqamətində proqramlar var. Pandemiya ilə bağlı bəzi addımlar təxirə salınsa da, bu məsələ diqqət mərkəzindədir.