SIĞORTA

13 May

Elman Rüstəmov “EuroHome”da yanan malların sığorta təzminatından danışdı

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında sığorta bazarının problemlərindən və “EuroHome”da yanan malların sığortası barədə danışıb

Fins.az xəbər verir ki, baş banker Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmədiyini deyib.

“Müşahidələr göstərir ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir. Bu günlərdə “EuroHome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələ ki, konkret bir söz deyə bilmərəm, amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kiminsə sığortası varsa, təzminat alacaq”