SIĞORTA

08 May

PAŞA Sığorta şirkəti tibb işçiləri üçün KASKO sığortasına 50% endirim elan edir

Hazırda bütün dünya koronavirus pandemiyasının yayılmasının qarşısını almaq və buna yoluxan insanların sağlamlığını geri qaytarmaq üçün mübarizə aparır. Şübhəsiz ki, bu mübarizənin əsas və ən öndə çalışan qəhrəmanları səhiyyə işçiləridir. PAŞA Sığorta hər kəsin sadəcə özünü və sevdiklərini qorumağa çalışdığı bu dövrdə bütün xalqımızın sağlamlığını qorumağa çalışan fədakar tibb işçilərimizin əzmini yüksək qiymətləndirir və bu qayğıkeş insanlara təşəkkür olaraq yeni kampaniyaya start verir.

Belə ki, KASKO sığortası əldə etmək istəyən tibb işçilərinə sığorta haqqı məbləğinin 50 % qismində endirim olunacaq. Kampaniyadan yararlanmaq istəyən səhiyyə əməkdaşları müraciət zamanı peşələrini təsdiq edən hər hansı sənəd təqdim etməklə endirimdən faydalana biləcəklər.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (//www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Qeyd edək ki, qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.