Xidmət keyfiyyəti və müştəri məmnuniyyətini artırmaq istiqamətində hər zaman yeniliklər edən “Standard Insurance” Sığorta Şirkətində təşkilati struktur dəyişikliyi həyata keçirilib.
Şirkət rəhbərliyi vəzifə bölgülərini və struktur bölmələrini yenidən nəzərdən keçirərək, təşkilati strukturda dəyişikliklər edib. Təşkilatı struktur 14 departament və onun tərkibində 21 şöbədən ibarətdir. Yeni təşkilati strukturun məqsədi səmərəli iş bölgüsü vasitəsilə əməkdaşların rahatlığını təmin etmək və işin keyfiyyətini yüksəltməkdir.
Xatırladaq ki, “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.