SIĞORTA

07 May

Əmanətlərin Sığortalanması Fondu faiz dərəcəsini qaldırdı

Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib. 

Fins.az Fonda istinadən xəbər verir ki, bu qərar Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Mərkəzi Bankla razılaşdırılıb.

Qərar 1 iyun 2020-ci ildən etibarən tətbiq olunacaq.

Bildirilir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir. 

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.