SIĞORTA

07 May

“Atəşgah Həyat” Sığorta Şirkəti ilə əmək haqqınızı yüksək gəlirə çevirmək imkanı

Azərbaycanda ilk həyat sığortası şirkəti olan «Atəşgah Həyat» Sığorta Şirkəti bu gün vətəndaşlara bir çox maddi məsələlərin sınanmış həll yolu olan “Həyatın yığım sığortasını” təklif edir.  

Fins.az xəbər verir ki, yığım sığortası müqaviləsi bağlamaqla vətəndaşlar öz gəlirlərindən qanunverciliyə uyğun şəkildə ödəmələr edir. Müqavilə müddəti başa çatdıqda isə əldə etdiyi əlavə qazancla birlikdə öz yığılmış vəsaitini əldə etmiş olur. Bu məhsulun digər həyat sığortası növlərindən fərqi və əsas üstünlüyü vergi və sosial sığorta haqlarından azadolmaların tətbiq edilməsidir. “Həyatın yığım sığortası” həm qazanc əldə etmək, həm də vətəndaşın həyatının sığortalanmasını nəzərdə tutur. Bir çox investisiya alətlərindən daha maraqlı və cəlbedicidir. Müqavilə 3 il və ondan artıq müddətə bağlana bilər. Yığım sığortasından müxtəlif məqsədlər üçün istifadə etmək olar: övladının ali məktəbdə təhsil alması, əmlakın alınması və s.. Misal üçün, hər bir insan öz övladına təhsil verməyi və yaxud yaxın gələcəyi üçün vəsait toplamağı arzulayır. Prestijli ali məktəblər, təhsil, səyahət və s.-bütün bunlar kifayət qədər vəsait tələb edir. Buna görə də müəyyən mənada “Həyatın yığım sığortası” hal-hazırda maraqlı və sınanmış fərdi sərmayə alətidir.