SIĞORTA

10 Aprel

"AtaSığorta" əhaliyə müraciət etdi

“AtaSığorta" səğorta şirkəti müştərilərinə müraciət edib.

Fins.az şirkətin müraciətini təqdim edir: 

“AtaSığorta” ASC olaraq bütün izləyicilərimizi dünyanın diqqət mərkəzində olan COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq, sağlamlıqlarını qorumaq və bu çətin dönəmdə bir-birimizə məsafəli dəstək olmaq məqsədi ilə özünütəcrid tədbirlərinə riayət etməyə səsləyirik.

Biz də  #EvdəQal çağırışına qoşularaq dəyərli əməkdaşlarımızın evdə çəkilən şəkillərini sizinlə paylaşırıq! Estafeti bizə ötürdükləri üçün “Meqa Sığorta” ASC-yə təşəkkür edirik və təşəbbüsə dəstək olmaları üçün “AzRe Təkrarsığorta” ASC, Ipek Yolu Sigorta OJSC və A-Group Insurance Company bu çağırışa səsləyirik!