SIĞORTA

08 Aprel

"Bakı sığorta" şirkətinin RENKİNQİ

"Bakı Sığorta" ASC 2019-cu ili 237 min manat xalis mənfəətlə başa vurub.

Fins.az xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 29,1% azdır.

Ötən il "Bakı Sığorta"nın gəlirləri 2,086 milyon manat (illik müqayisədə 1,1% az), xərcləri 1,789 milyon manat (5,8% çox), mənfəət vergisi ödəmələri isə 59 min manat (29,1% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Sığorta”nın aktivləri 10,924 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 10,4% artaraq 1,409 milyon manata, balans kapitalı isə 2,6% artaraq 9,515 milyon manata çatıb.