SIĞORTA

02 Aprel

"Qala Həyat Sığorta"nın xalis mənfəəti 55% artıb - RENKİNQ

"Qala Həyat Sığorta" ASC 2019-cu ili 2,621 milyon manat mənfəətlə xalis başa vurub.

Fins.az xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 55,2% çoxdur.

Ötən il "Qala Həyat Sığorta"nın gəlirləri 18,189 milyon manat (illik müqayisədə 21,7% az), xərcləri 14,915 milyon manat (29,5% az), mənfəət vergisi ödəmələri isə 0,652 milyon manat (70,1% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 35,892 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 27,2% azalaraq 12,403 milyon manata düşüb, balans kapitalı isə 13,5% artaraq 23,489 milyon manata, o cümlədən nizamnamə kapitalı 1,3% artaraq 13,042 milyon manata çatıb.