“Evdə qal, sağlam qal” aksiyası çərçivəsində şəhərimizin yaşlı sakinləri ilə görüş keçirilib
Fins.az xəbər verir ki, “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı, PASHA Life, Kapital Bank və Universal PRO MMC-nin dəstəyi ilə komandamızın futbolçuları “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərimizin yaşlı sakinləri ilə evlərində görüşüb.
Görüşdə “Sumqayıt” FK-nın əsas komandasının məşqçiləri – Mehman Yunusov, Eduardo Balada, eyni zamanda futbolçularımız – Mehdi Cənnətov, Elvin Bədəlov, Cəmaləddin Xocaniyazov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib. Xüsusi karantin müddəti boyunca onlara evdən çıxmamağı məsləhət görən komandamızın üzvlərinə şəhər sakinləri belə çətin günlərdə yaşlıları unutmadıqları üçün çox sağ ol deyib və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər. Yaşlı sakinlər futbolçularımız tərəfindən ərzaq tədarükü ilə təmin olunub. “Evdə qal, sağlam qal” adlı aksiyası mütəmadi olaraq “Sumqayıt” FK tərəfindən davam etdiriləcək.