Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayı ərzində 118,9 min manat sığorta haqqı toplanıb.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, heyvanların sığortası üzrə yığımlar ötən ilin eyni ayı ilə müqayisədə 1,8% artıb.
Cari ilin yanvar ayında bu sığorta növü üzrə şirkətlər 21,3 min manat ödəniş həyata keçiriblər ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 dəfə azalma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar ayında kənd təsərrüfatı bitkilərinin sığortası üzrə sığorta haqqı toplanmayıb və ödəniş həyata keçirilməyib.