SIĞORTA

13 Mart

Koronavirusun sığorta sektoruna təsiri: Yığımlar azalacaq - EKSPERT

“Koronavirus səyahət sığortası ilə bağlı yığımlara təsir edəcək”

Bunu Fins.az-a sığorta eksperti İlkin İbrahimov deyib.

Onun sözlərinə görə, dünyada səyahətlərin məhdudlaşdırılması bu sığorta məhsulunda da sığorta haqlarının azalmasına gətirib çıxaracaq:

“Lakin könüllü Tibbi sığortanın artması üçün çox münbit şərait yaranıb. Burada sığorta şirkətləri də oturub müştəri gözləməməlidir. Şəraitə uyğun sığorta məhsulları təklif etmək çox vacibdir".

Tuncay Türbəndəzadə