SIĞORTA

12 Mart

Tibbi sığorta xidmətlərinin vergidən azad edilməsi

Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.51-ci maddəyə və "Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib. 

Vergilər Nazirliyindən bildirilib ki, "Tibbi sığorta haqqında" Qanunun 1.0.1-ci maddəsinə əsasən, xidmətlər zərfi - icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Həmin qanunun 15-12.1-ci maddəsində isə qeyd edilib ki, tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir.

"Tibbi sığorta haqqında" Qanunda könüllü tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər, icbari tibbi sığorta üzrə tibbi xidmətlərin göstərilməsi qaydası, habelə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi ilə bağlı tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Qeyd olunanlara əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilən xidmətlər icbari tibbi sığorta çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərdir.