SIĞORTA

10 Mart

“AtaSığorta” tərəfindən “Sığorta xidməti üzrə Təlim Proqramı” mövzusunda təlim keçiriləcək

“AtaSığorta”ASC tərəfindən 01 Aprel 2020-ci il tarixdən “Sığorta xidməti üzrə Təlim Proqramı” mövzusunda təlim keçrilməsinə start veriləcəkdir.

Təlim ödənişsizdir.

Namizədlərə qarşı tələblər:

·         18 - 40 yaş arası

·         Minimum orta təhsil (ali təhsil arzu olunan)

·         Ünsiyyət bacarığı

·         Özünü təqdim etmə

·         Azərbaycan dilində səlis danışıq (rus və ingilis dilləri arzu olunandır.)

Təlim müddəti:

7 dərs – həftədə bir dəfə (hər dərs 90 dəqiqə davam edəcək)

Təlim proqramını keçməklə Siz aşağıdakı mövzularda məlumatlı olacaqsız:

·         Sığorta növləri və məhsulları

·         Korporativ mühitdə rəftar qaydaları

·         Müştəri ilə peşəkar danışıq üslubu

·         Sığorta məhsulunu təqdim etmək

Uyğun namizədlərdən CV-lərini  [email protected]  elektron ünvanına “mövzu” hissəsində - “Təlim Məktəbi” qeyd edərək göndərmələrini xahiş edirik.