SIĞORTA

10 Mart

İngiltərənin iki sığorta nəhəngi birləşir

Dünyanın ən böyük 2-ci sığorta şirkəti İngiltərənin “Aon Plc” sektorun 3-cü böyük şirkəti “Willis Towers Watson”u 30 milyard ABŞ dollara satın aldığını açıqlayıb.

Fins.az xəbər verir ki, bu razılaşma sığorta tarixinin ən böyük anlaşması olacaq.

Məlumata görə, satınalma əməliyyatı başa çatdıqdan sonra 80 milyard ABŞ dollarlıq bazar dəyəri ilə sığorta sektorunun ən böyük şirkəti formalaşacaq. Anlaşma ilə “Willis” səhmdarları hər biri 1,08 ABŞ dollardan “Aon” səhmlərini satın alacaq ki, bu da keçən həftənin bağlanış qiymətlərindən 16% çoxdur.

Qeyd edək ki, “Aon Plc” səhmdarları yeni formalaşan şirkətin səhmlərinin 63%-nə, “Willis Towers Watson” səhmdarları isə 37%-nə sahib olacaqlar.

© Report