SIĞORTA

06 Mart

İcbari Sığorta Bürosu müsabiqə elan edir

İcbari Sığorta Bürosu “Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  haqqında nə bilirik? Maariflənək, maarifləndirək ” mövzusunda məqalə müsabiqəsi elan edir.                                                            

Müsabiqəyə 6 mart 2020-ci il tarixindən 31 mart 2020-ci il tarixinədək mərkəzi və regional elektron və çap KİV-lərində müsabiqənin mövzusuna uyğun nəşr olunmuş yazılar qəbul olunur.

Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində pul mükafatları və müvafiq sertifikatlar təqdim olunacaqdır.

Məqalələr [email protected] ünvanına göndərilməlidir. Əlavə məlumat üçün 012 595 00 20 və  994 55 214 31 30  nömrəsinə  müraciət edə bilərsiniz. Müsabiqənin şərtləri aşağıdakı linkdə yerləşdirilmişdir.

//isb.az/meqale-musabiqesi/