SIĞORTA

06 Mart

"Günay Sığorta"dan sosial video çarx - "Avtomobillərdə Uşaq Təhlükəsizliyi"

Günay Sığorta, Azərbaycan Milli Avtomobil Klubu və Beynəlxalq Avtomobil Federasiyası Fondunun dəstəyi ilə "Avtomobillərdə Uşaq Təhlükəsizliyi" layihəsi çərçivəsində sosial video çarx hazırlamışdır. Bildiyimiz kimi dünyada yol qəzalarında hər 4 dəqiqədə 1 uşaq həyatını itirir. Bundan əlavə, yol qəzalarının qurbanları olan uşaqların 36%-i sərnişinlərdir. Bunun üçün də 12 yaşına qədər hər bir uşaq avto oturacaqlardan istifadə etməlidir. Uşaq avto oturacaqlarından düzgün istifadə qəza zamanı uşaqların xəsarət alma riskini 80%-ə qədər azaldır.

Qeyd edək ki, şirkət 2020-ci ilin yanvar ayında Azərbaycan Milli Avtomobil Klubu (AMAK), Təhsil Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Azərbaycanın dəstəyi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin” layihəsinə də dəstək olmuşdur. Layihənin davamı olaraq sosial video çarx təqdim olunmuşdur.

«Korporativ-Sosial Məsuliyyət» Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur. 2020-ci il üzrə sosial layihələrin davamlı olaraq həyata keçirilməyi planlaşdırılır.

 Gəlin gələcəyimiz olan uşaqların həyatını təhlükəyə atmayaq!