“Baş verən dələduzluq hallarının təhlili göstərir ki , bu kimi neqativ halları əsasən iki növə bölmək olar. Əhalinin sığorta sahəsində, həmçinin hüquq sahəsində bilik və savadlarının kifayət qədər olmaması səbəbindən baş vermiş hadisə zamanı yararlanaraq artıq qazanc əldə edənlər və ya sığorta təminatına düşmədiyi halda , dəymiş zərəri sığorta şirkətlərinin hesabına bərpa etmək məqsədilə müxtəlif yollara əl atanlar”
Bunu Fins.az-a “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini Fuad İsmayılov deyib.
O deyib ki, bu kimi hallar çoxluq təşkil edir və aşkarlandıqda vətəndaşlarla profilaktik söhbət edərək onlara bu cür halların sığorta dələduzluğu olması və qanunla müvafiq məsuliyyət yaratması barədə maarifləndirici söhbətlər aparılır.
F.İsmayılov deyir ki, bu zaman vətəndaşlar minnətdarlıq bildirərək tələblərindən imtina etmələri barədə arayış təqdim edir və gələcəkdə bu kimi hallara yol verməmələri barədə söz verirlər.
“Əfsuslar olsun, bəzi hallarda müştəri qeyri-səmimiyyət göstərdikdə və dələduzluğu sübut edən kifayət qədər şübhələr və dəlillər olduqda şirkətlər məcburiyyət qarşısında qalaraq qanunamüvafiq araşdırma aparılması üçün hüquq mühafizə orqanına müraciət etmək məcburiyyətində qalırlar”, - deyə F.İsmayılov bildirir.
Müsahibimiz deyir ki, ikinci növ dələduzluq hallarına sığorta şirkətinə ziyan vuraraq qeyri-qanuni yolla varlanmaq , qazanc əldə etmək məqsədilə öncədən planlaşdırılmış və müvafiq nəzarət qurumunun məsul şəxslərinin də aldadılması və ya iştirakı ilə həyata keçirilən hallar aiddir:
“Bu kimi hallar aşkarlandıqda şirkətin daxilində müvafiq qurumlar tərəfindən qanunamüvafiq şəkildə araşdırma aparılaraq şübhələrə aydınlıq gətirilməsi üçün sübutlar toplanılır və hadisənin xüsusiyyətlərindən asılı olaraq müvafiq hüquq mühasfzə orqanlarına rəsmi müraciət edilir. Bizim şirkətimizdə bu kimi hallarla barışmaz mübarizə mövqeyi dəstəklənir və hüquq mühafizə orqanları ilə aktiv əməkdaşlıq edilir”.
Tuncay Türbəndəzadə
Buna da vax: “Atəşgah”sığota şirkətinin sədr müavini şikayətlər barədə danışdı