"İpək Yolu” sığorta şirkətinin Sığorta Şöbəsinin müdir müavini Elnur Cavadov Fins.az-a “Hansı hallarda kasko məbləği ödənilmir" barəsində danışıb.
Onun sözlərinə görə, sığorta təminatı müvafiq Qanunvericiliyin şərtləri ilə tənzimlənir. Həmçinin, sığorta müqaviləsi bağlanarkən Sığortaçı tərəfindən Sığortalıya sığorta şəhadətnaməsi təqdim edilir və həmin şəhadətnamədə sığorta riskləri və sığorta təminatından istisnalar göstərilir.
“İstisnalar bəndinə düşən hallar üzrə sığorta ödənişi həyata keçirilmir. Məsələn:
- Avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi;
- Təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması;
- Avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi;
- Nüvə partlayışı, radioaktiv çirklənmə, nüvə enerjisinin istənilən formada təsiri;
- Avtomobilin sığorta ərazisindən kənarda istismar olunması.
- Avtomobilin cinayət məqsədilə istifadə edilməsi. - deyə E.Cavadov bildirib.
Tuncay Türbəndəzadə