SIĞORTA

03 Mart

"Sığorta şirkətləri retro avtomobilləri sığortalamağa üstünlük vermirlər"

“Yerli sığorta şirkətləri təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilən nəqliyyat vasitələrini kasko sığortasına qəbul etmirlər”

Bunu Fins.az-a "Atəşgah Sığorta" şirkətinin sığorta risklərinin qiymətləndirilməsi idarəsinin rəisi Günel Rəhimova deyib.

O, şirkətlərin hansı avtomobillərə kasko sığortası düşməsindən məlumat verib.  

"Burada səbəb  yüksək riskin olmasıdır. İctimai yollarda özü gedə bilməyən, yaxud digər vasitə ilə məkana çatdırılan nəqliyyat vasitələrinin kasko sığortası üzrə sığortalamaq məqsədəuyğun deyil. Bura tırtıllı ekskavatorları aid edə bilərəm. Bunlardan başqa, sığortaçılar  istehsal ili köhnə olan avtomobilləri, yaxud retro avtomobilləri, məhdud sayda istehsal edilən  modelləri sığortalamağa üstünlük vermirlər. Burada əsas səbəb, avomobillə qəza baş verərsə, bu cür avtomobillərin ehtiyat hissələrinin  tapılmasında, dəymiş zərərin müəyyən edilməsində yarana biləcək çətinliklərdir”.

Tuncay Türbəndəzadə

Buna da bax: Maşın bazarında ikinci əl avtomobillərin QİYMƏTLƏRİ