SIĞORTA

03 Mart

"Sığorta şirkətinin sədr müavini vəzifəsini tərk edib"

Azərbaycanda fəaliyyət göstərən “Meqa Sığorta” ASC-nin İdarə Heyətində dəyişiklik baş verdiyi bildirilir.

Məlumata görə, Sığorta Şirkətinin sədr müavini Cəmil Nəzərov vəzifəsini tərk edib. Bununla da sədrin 1 müavini qalıb.

Əldə olunan digər məlumata əsasən, Hamlet Qarayev İderə Heyətinə üzv seçilib. Lakin, məlumat kimi bildirək ki, H.Qarayev bundan öncə Meqa Sığorta-nın Direktorlar Şurası üzvi seçilmişdi və son aylarda açıqlamalara əsasən o bu siyahıdan çıxmışdı.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BEG sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. 

© Banker