Bu ilin yanvar ayında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 111,550 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,5% çoxdur.
Ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 26,185 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 52,6% çoxdur.
2020-cu ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,5 manatı ödəniş edilib. 2019-cu ilin yanavr ayında bu göstərici 19,5 manat olub.