“Sığorta sektorunda vətəndaşı müdafiə edəcək qurum hələlik gözə dəymir»
Fins.az xəbər verir ki, bu barədə sığorta eksperti İlkin İbrahimov deyib. Onun sözlərinə görə, artıq Mərkəzi Bankın sığortaya nəzarət edən rəhbərliyi vətəndaşları qəbul etməlidir.
“Bu gün artıq bir çox vətəndaşlar sığortalardan şikayəti Mərkəzi Banka deyil, məhkəmələrə edir. Bu da təəssüfləndirici haldır”.