SIĞORTA

25 Fevral

"Atəşgah" Sığorta Şirkətində təhlükəli tullantılar toplandı

20 ildən çoxdur ki, Azərbaycan Sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti ətraf mühitin mühafizəsi üzrə bir sıra layihələr həyata keçirir. Bu dəfəki layihə isə təhlükəli tullantılarla bağlı olmuşdur.

Layihə əsnasında, təhlükəsiz şəkildə təkrar emal edilməsi üçün, şirkətdən ətraf mühit üçün zərərli olan bütün tullantılar toplanmışdır. Yığılmış tullantıların böyük bir qısmini texniki avadanlıqlar, daha dəqiq desək istifadəyə yararsız kompüterlər, çap alətləri və bir sıra digər texniki avadanlıqlar təşkil edirdi.

Bu layihədə, Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərini həyata keçirən “Təmiz Şəhər” ASC “Atəşgah” Sığorta Şirkəti ortağı kimi çıxış etmişdir.

Qeyd edək ki, sözü gedən layihə “Atəşgah” SQ  tərəfindən ötən illər ərzində artıq bir neçə dəfə həyata keçirilmişdir.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.