“Vətəndaşlar yaşadıqları ərazi üzrə Daxili İşlər Nazirliyində müvəqqəti qeydiyyata düşdüyü təqdirdə, müştərək müqavilə olmadan müayinələrdən keçə bilərlər”.
Fins.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Z.Əliyev bildirib ki, regionlarda qeydiyyatda olan vətəndaşlar yaşadıqları ərazi üzrə tibb müəssisələrinə müraciət edə bilər:
“Məsələn, Bakıda yaşayan hər hansı bir rayon sakini Daxili İşlər Nazirliyində hazırda müvəqqəti yaşadığı ünvan üzrə qeydiyyatdan keçmək üçün müraciət etməlidir. Qeydiyyatdan keçdiyi təqdirdə əraziyə uyğun olaraq, tibb müəssisələrinə müraciət edə bilər. Bu proses kifayət qədər qəlizdir. Lakin biz bunun izahını kütləvi informasiya vasitələri vasitəsilə vətəndaşlara çatdırırıq. Həmin şəxs arayışı bizə gətirir və ona əsasən məlumatları sistemə qeyd olunur. Bundan sonra müştərək müqavilə olmadan xidmətlərdən istifadə edir”.