SIĞORTA

17 Fevral

İlkin İbrahimov: “Elə sığorta şirkətləri var ki, nəticələri ümumiyyətlə təqdim etmirlər”

“Xarici auditlərin hesabatlarını adətən, gecikmiş şəkildə görürük. Elə sığorta şirkətləri var ki, nəticələri ümumiyyətlə təqdim etmirlər. Bu isə təəssüf doğurur”.

Fins.az xəbər verir ki, bu fikirləri sığorta eksperti İlkin İbrahimov “Sığorta vaxtı” verilişində Azərbaycan sığorta bazarında olan boşluqlardan danışarkən deyib.

O bildirib ki, sığorta şirkətlərində audit yoxlaması və nəticələrin çap olunması gələcəkdə sığorta şirkətlərinə həm müştərilərin, həm də investisiyaların cəlb olunmasında çox mühüm əhəmiyyət kəsb edir.

“Xarici auditin əsası elə nəticələrin açıqlanmasıdır ki, vətəndaşlar da, investisiya şirkətləri də sığorta şirkətinin vəziyyətini bilsin” - deyə o, əlavə edib.