Azərbaycanda sığorta bazarının lider şirkəti "Paşa Həyat Sığorta” hesab olunur.
Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir ki, “Paşa Həyat Sığorta” şirkəti 2019-cu ildə sığorta haqlarına görə, həm də ödənişlərinə görə digər şirkətlərdən üstün olub.
Qeyd edək ki, ötən il “Paşa Həyat Sığorta” şirkətinin 212,559 milyon manat sığorta haqqı olub. 99, 505 milyon manat isə sığorta ödənişi olub.