Aqrar Sığorta Fondunun rəhbərliyi formalaşdırılıb. Qurumun İdarə Heyətinə sədr və müavin təyinatı olub.
Fins.az xəbər verir ki, Fuad Sadıqov İdarə Heyətinə sədr, Firdovsi Ağaşirinov isə sədrin müavini təyin olunub.
Xatırladaq ki, Fond aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini, idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək, habelə idarəedici qurum ləğv edildikdə, yenisinin formalaşdırılmasını təmin etmək məqsədilə yaradılıb.
Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. Nizamnaməyə əsasən, İdarə Heyəti 3 üzvdən – Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrdən, müavindən və bir üzvdən ibarət olur. İdarə Heyətinin üzvləri 5 il müddətinə təyin edilir. Onlar növbəti müddətə yenidən təyin edilə bilərlər.