SIĞORTA

09 Fevral

Könüllü həyat sığorta bazarı - RENKİNQ

Ötən il Azərbaycanda könüllü həyat sığortası üzrə 219 371,2 min manat sığorta haqları toplanıb və 121 797,8 min manat sığorta ödənişləri edilib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, könüllü həyat sığortası üzrə toplanan haqların həcmi  28,2% azalıb, sığorta ödənişlərinin isə həcmi 28,2% artıb.

Könüllü həyat sığortası üzrə ödənişlərin və haqların böyük hissəsini həyatın yaşam sığortası təşkil edib. Belə ki, 2019-cu ildə könüllü həyatın yaşam sığortasının ümumi könüllü həyat sığortası üzrə toplanan haqlarında payı 75,7%-ə, sığorta ödənişlərində isə 98,9%-ə bərabər olub.