Ötən il Azərbaycanda KASKO sığortası üzrə toplanan sığorta haqlarının həcmi 27,5% artaraq 36 280,6 min manat təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, 2019-cu ildə KASKO sığortası üzrə ödənişlərinin isə həcmi 36,5% artaraq 13 072,3 min manata çatıb.
Qeyd edək ki, KASKO sığortasının da daxil olduğu əmlak sığortası üzrə toplanan sığorta haqlarının həcmi ötən il 2,4% azalaraq 133 113,1 min manata enib. Sığorta ödənişlərinin həcmi haqlarının isə 2 dəfədən (121,3%) çox artaraq 37 693,7 min manata çatıb