SIĞORTA

07 Fevral

Həyat sığortası şirkətləri – 86 MİLYON MANAT İTİRİBLƏR

Azərbaycanda həyat sığortası üzrə yığımlar 86 milyon manatdan çox azalıb.

Fins.az Mərkəzi Bankın (AMB)nin 2019-cu ilin sonuna olan hesabatına istinadən xəbər verir ki, ölkədə həyat sığortası üzrə yığımlar 219 milyon 371 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 86 milyon 330 min manat və ya 28,2% azdır. 2018-ci ildə həyat sığortasının yığımları 305 milyon 700 min manat təşkil etmişdi.

Yığımlardan fərqli olaraq həyat sığortasında sığorta ödənişləri artıb. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə ödənişlər 26 milyon 819 min manat və ya 28,2% artıb. 2019-cu ildə həyatın yaşam sığortası üzrə ödənişlər 121 milyon 798 min manat , 2018-ci ildə isə 94 milyon 979 min manat təşkil edib.