2019-cu ildə Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 681,177 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 6,4% azdır.
Ötən il sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 301,537 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,5% çoxdur.
2019-cu ildə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,3 manatı ödəniş edilib. 2018-ci ildə bu göstərici 33 manat olub.