SIĞORTA

07 Fevral

"Sığorta məhsulları öz faydasını sübut edərkən, sığortaya inam çoxalacaq"

“Hazırda ölkəmizdə sığorta sektorunun əsas problemlərindən biri müştərilərin sığortaya ehtiyatla yanaşmasıdır”

Bunu Fins.az-a PASHA Həyat Sığorta ASC-nin Məsul Aktuarisi, IAA AWB – (Beynəlxalq Aktuarlar Assosiasiyasının Sərhədsiz Aktuarlar hissəsinin üzvü, keçmiş İdarə Heyyətinin) üzvü, BAA-nın Avrasiya və Orta Şərq komitəsinin, IAA ASTIN (BAA-nın qeyri-həyat komitəsinin) üzvü Dilarə Əsədova deyib.

 “Yeni icbari sığorta növləri yaradılan zaman, əhali buna gərəksiz əlavə xərclər kimi baxır. Sığortaya inam qazandırmaq əsasən sığortaçılar və sığorta requlyatoru üzərinə düşür. Sığorta hadisələri düzgün tənzimlənərkən, sığorta olunanlar başa düşür ki, bu mexanizm işləyir. Sığorta məhsullarının satışı və müqavilələrin bağlanılması zamanı, şərtlər müştərilərə sadə başadüşülən dil ilə açıq və aydın göstərilməlidir. Sığorta ödənişi imtina olunduqda bunun səbəbləri faydalanan şəxsə kifayət qədət açıqlanmalıdır. Bu beynəlxalq sığorta prinsiplərinin əsas qaydalarıdır. Mən əminəm ki, artıq hər sürücü icbari avtomobil sığortasının, hər işçi işçilərin icbari sığortasının real işləyən mexanizm olmasını bilir. Vaxt keçdikcə, mövcud sığorta məhsulları öz faydasını sübut edərkən, sığortaya inam çoxalacaq”.

Tuncay Türbəndəzadə