“İstehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə aktivlik hələ də davam edir.
Fins.az xəbər verir ki, bunu "Atəşgah" sığorta şirkətinin şöbə müdiri Lamiə Əkbərova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə hər il sabit artım qeydə alınır
L.Əkbərova "Sığorta vaxtı"nda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta"ilə bağlı danışıb.
Sığorta şirkətinin şöbə müdiri bildirib ki, 2020-ci ilin yanvar ayında bu növ üzrə imzalanmış sığorta müqavələrinin sayına görə, bu növ cari ildə uğurla tətbiq olunacaq. Bu növ üzrə sahibkarlar fərdi şəkildə də, korporativ qaydada da müraciət edə bilərlər
L.Əkbərova qeyd edib ki, bu növ üzrə cərimə-cəza məxanizmi də aktiv tətbiq olunur.
“Əgər hüquqi və ya fiziki şəxsin bu sığortası yoxdursa o, inzibati qaydada cərimələnir.
Tuncay Türbəndəzadə