“A-Qroup” şirkətinin sığorta yığımlarının ümumi məbləği 2019-cu ildə 15 milyon 124 min manat təşkil edib, bu isə öncəki, hesabat dövrü ilə müqayisədə 15% çoxdur.
Ötən il ərzində şirkətin sığorta ödənişlərinin həcmi 5,9% artaraq 8 milyon 538 min manat təşkil edib.
Şirkətin prioritet fəaliyyət sahəsi olan, tibbi sığorta üzrə A-Qroup tərəfindən 13 milyon 46 min manat sığorta haqqı toplanıb, bu isə 2018-ci illə müqayisədə 5,7% çoxdur.
2019-cu il ərzində “A-Qroup”un korporativ müştəri siyahısına 200-dən artıq yeni şirkət əlavə edilib.
Qeyd edək ki, bu il “A-Qroup”un fəaliyyətinin 25-ci il dönümüdür.