SIĞORTA

05 Fevral

Aqrar sığorta mexanizminin işlənməsinə start verilib - NAZİR MÜAVİNİ

Aqrar sığorta mexanizminin işlənməsinə start verilib.

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev kənd təsərrüfatı sahəsinə ciddi islahatların aparıldığını, bundan sonra da artımın çox sürətli olacağını bildirib.

Təkcə keçən il fermerlərə 380 milyon manat subsidiya verilib. İndi bu subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə əldə etmək mümkündür. Eyni zamanda, bu ildən Aqrar sığorta mexanizminin işlənməsinə start verilib.

Fins.az xəbər verir ki, bu və digər məsələlər barədə Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Real İntervyu"da məlumat verib.