SIĞORTA

05 Fevral

“AtaSığorta ” şirkətinə yeni departament direktoru təyin olundu

Fins.az xəbər verir ki, “AtaSığorta” ASC-nin Filiallarla İş Departamentinə yeni direktor təyin olunmuşdur. Daha əvvəl şirkətin Filial və Nümayəndəliklərin İdarə olunması şöbəsinin müdiri vəzifəsində çalışmış Toğrul Qaçayev yeni vəzifəyə təyinat almışdır.

“AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 24,5 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.